24 fevral 2025 at 17:15
Jurnalist kodu: 5561
Xəbər kodu: 85761252
T T
0 Persons
HƏMAS sözçüsü: Fələstinli əsirlər razılaşmanın ikinci fazası üzrə danışıqlara başlamazdan əvvəl azad edilməlidir

Tehran - İRNA - HƏMAS sözçüsü vurğulayıb ki, sionist rejimlə atəşkəsin ikinci mərhələsi və əsir mübadiləsi razılaşması üzrə danışıqlar başlamazdan əvvəl, bu rejim fələstinli əsirlərin yeddinci qrupunu azad etməlidir.

Hazim Qasim bununla bağlı deyib: “Sionist rejim əsirlərin azad edilməsini təxirə salmaqla atəşkəs razılaşmasını pozmaqda davam edir.”

“Sionist rejimin atəşkəs razılaşmasını pozması ilə bağlı vasitəçi tərəflərlə danışıqları davam etdiririk” - deyə, o, bəyan edib. 

HƏMAS sözçüsü bildirib: “Atəşkəsin birinci mərhələsinin uzadılması ilə bağlı danışıqlardan və ya ikinci fazası ilə bağlı razılığa gəlməzdən əvvəl sionist rejim fələstinli əsirlərin yeddinci qrupunu azad etməlidir.”

Hazim Qasim qeyd edib ki, birinci mərhələnin uzadılması danışıqlar masası arxasında qaldırılan məsələlər və işğalçı rejimi öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün verilən təminatlar şərtidir.

HƏMAS sözçüsü həmçinin deyib: “Vasitəçi tərəflər, hətta ABŞ ciddi təminat verməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .